Kimyəvi xassələri. Asetaldehid (və formaldehid) oksidləşmə və birləşmə reaksiyalarına daxil olur. Məsələn, asetaldehid gümüş(I) oksidin ammonyaklı suda məhlulu ilə (Ag2O suda həll olmur) sirkə turşusuna asan oksidləşir. Bu reaksiya "gümüş güzgü" reaksiyası adlanır.
Zəif qızdırıldıqda asetaldehid həmçinin təzə çökdürülmüş mis(II) hidroksidlə də sirkə turşusuna oksidləşir:
Hər iki (a, b) reaksiyadan aldehidlərin təyini üçün istifadə edilir.
Aldehidlər su və karbon qazı əmələ gətirməklə yanır:
Aldehidlər hidrogeni özünə birləşdirərək spirtlərə reduksiya olunur:
Məsələ. | 0,2 mol doymuş aldehidin kütləsinin 8,8 q olduğunu bilərək onun formulunu müəyyən edin. |