– | Anatomik preparatların saxlanmasında hansı maddədən geniş istifadə olunur? |
– | Qızdırıldıqda sınaq şüşəsində nə baş verdi? |
– | Asetaldehidin oksidləşməsi bir, yoxsa iki mərhələdə baş verir? Cavabınızı əsaslandırın. |
– | Oksidləşmə nəticəsində aldehid qrupu hansı funksional qrupa çevrilir? |
– | Reaksiyanın xarici əlamətlərini sadalayın. |
Aldehidlərin ümumi formulu R–CHO-dur. Yalnız qarışqa aldehidində aldehid qrupu H atomu ilə birləşmişdir: H–CHO. >C=O qrupu karbonil qrupu adlanır.
Asetaldehid misalında aldehidlərin alınması, xassələri və tətbiqi ilə tanış olaq.
Alınması. Sirkə aldehidi etil spirtinin mis(II) oksidlə oksidləşməsindən, Kuçerov reaksiyası üzrə – asetilenin hidratlaşmasından və digər üsullarla alınır:
Fiziki xassələri. Asetaldehid – kəskin iyli, uçucu (tqay.= 21°C), rəngsiz, zəhərli mayedir.