Tərkibində iki və üç hidroksil qrupu olan doymuş spirtlər uyğun olaraq ikiatomlu və üçatomlu spirtlər adlanır. İkiatomlu spirtlərin ən sadə nümayəndəsi etilenqlikol, üçatomlu spirtlərinki isə qliserindir:
(b) Etilenqlikol və qliserin molekullarının quruluş formulları və mil-kürəcik modelləri
Etilenqlikolun suda məhlulu 0°С-dən çox aşağı temperaturda donmadığından qışda avtomobil, traktor və s. mexanizmlərin radiatorlarında antifriz kimi işlədilir.
Qliserin nitroqliserin və dinamitin alınmasında tətbiq edilir. Qliserindən ətriyyatda və təbabətdə dəriyumşaldıcı məlhəmlərin hazırlanmasında, gön-dəri istehsalında dərilərin qurumasının qarşısının alınmasında, sabun istehsalında istifadə olunur.
Nitroqliserinin spirtdə 1%-li məhlulu ürək xəstəliyində qan damarlarını genişləndirən dərman kimi istifadə edilir.
Təyini. Qliserinin və etilenqlikolun çoxatomlu spirt kimi təyini onların yeni çökdürülmüş mis(II) hidroksidlə qarşılıqlı təsirindən parlaq-göy rəngli məhlulun əmələ gəlməsinə əsaslanır (c).
(c) | Parlaq-göy rəngli məhlulun əmələ gəlməsi |