Alınması. Etanol, əsasən, etilenin katalizator iştirakı ilə hidratlaşmasından alınır:
Etil spirti, tərkibində qlükoza və ya qlükoza qalıqları olan şəkərli maddələrin qıcqırdılmasından da alınır:
Fiziki xassələri. Etanol (çaxır spirti) xüsusi alkoqol iyinə malik, təxminən 78°Cdə qaynayan rəngsiz mayedir; asan alışır. Sudan yüngüldür və su ilə istənilən nisbətdə qarışır. Bir çox üzvi maddələr üçün yaxşı həlledicidir.
Etanol narkotik təsirə malik maddədir. Texniki ehtiyaclar üçün işlədilən etil spirtini içməsinlər deyə ona pis iyli və boyayıcı maddələr qatılır. Belə spirt denaturat adlanır. 96% etil spirti və 4% sudan ibarət olan məhlul tibbi spirt adlanır.
Metanol alkoqol iyinə malik, 68°C-də qaynayan, çox zəhərli rəngsiz mayedir; suda istənilən nisbətdə həll olur.
Kimyəvi xassələri. Etanolu qatı sulfat turşusunun iştirakında 140°C-dən yüksək temperaturda qızdırdıqda spirtin dehidratlaşması (suyun ayrılması) nəticəsində etilen əmələ gəlir:
Etanol havada zəif göyümtül alovla yanır:
Mis(II) oksidlə zəif qızdırdıqda etanol xoşagəlməyən iyə malik sirkə aldehidinə oksidləşir (bax: fəaliyyət):
Tətbiqi. Etil spirti sintetik kauçuk, plastik kütlə, ətir, dərman, lak və spirtli içkilərin istehsalında, həmçinin anatomik preparatların konservləşdirilməsində istifadə olunur. Etil spirtindən həmçinin təbabətdə dərinin dezinfeksiyasında, dəmləmələr və ya ekstraktlar hazırlanmasında istifadə edilir.