Bu fəsildə siz karbohidrogenlərin oksigenli birləşmələrindən spirtlər, aldehidlər, karbon turşuları, mürəkkəb efirlər və karbohidratlarla, azotlu törəmələrindən isə aminturşular və zülallarla çox qısa şəkildə tanış olacaqsınız.
– | Yod tinkturası yodu hansı maddədə həll etməklə hazırlanır? |
– | Meyvələr qıcqırdıqda hansı maddələr əmələ gəlir? |
– | Nə üçün közərtdikdə spiral qara təbəqə ilə örtülür? |
– | Spiralı spirtə daxil etdikdə qara təbəqə ilə hansı dəyişiklik baş verir? Bunun səbəbi nədir? |
– | Sınaq şüşəsini ehtiyatla iylədikdə nə hiss edirsiniz? |
– | Etil spirtinin oksidləşməsində kimyəvi reaksiyaların hansı əlamətləri müşahidə olunur? |
• Doymuş karbohidrogen molekulunda bir və ya bir neçə H atomunun hidroksil qrupu ilə əvəz olunmasından alınan üzvi birləşmələrə doymuş spirtlər deyilir.
Biratomlu doymuş spirtlər – etanolBiratomlu doymuş spirtlərin tərkibində bir ədəd OH qrupu olduğundan onların ümumi formulu R–OH və ya CnH2n+1–OH kimi göstərilir. Ən sadə nümayəndələri metil spirti və ya metanol CH3OH və etil spirti və ya etanoldur C2H5OH: