Respublikamız təbii və neftlə birlikdə çıxan qazlarla zəngindir.
Təbii qaz əsas etibarilə metandan (80–90%) və onun yaxın homoloqları olan etan, propan və butandan ibarətdir. Təbii qazdan məişətdə və sənayedə yanacaq kimi istifadə olunur. O həmçinin kimya sənayesi üçün xammal mənbəyidir. Ondan asetilen, etilen, hidrogen, duda, sirkə turşusu, boyalar və digər məhsullar alınır.
Neftlə birlikdə çıxan qazlarNeftlə birlikdə çıxan qazlar ya neftdə təzyiq altında həllolmuş halda olur, ya da neft layının üstündə yerləşir. Bu qazların tərkibində metanın miqdarı təbii qazda olduğundan az, homoloqlarının (C2–C6) miqdarı isə çox olur. Hazırda bu qazlar da yanacaq və kimyəvi xammal kimi tətbiq edilir.
Daş kömürDaş kömür yanacaq olmaqla yanaşı, həm də qiymətli kimyəvi xammal mənbəyidir. Daş kömürün əsas emalı onun kokslaşdırılması (pirolizi) prosesidir, yəni 1000–1200°C-də havasız şəraitdə quru distillə edilməsidir. Bu zaman aşağıdakı əsas fraksiyalar alınır: koks, daş kömür qatranı, ammonyaklı su və koks qazı.