Mazutun aşağı təzyiqdə (vakuumda) distilləsindən solyar və sürtkü yağları, parafin və vazelin, həmçinin qudron alırlar (qudron – mazutun distilləsindən sonra qalan qara kütlədir).
Neftin emalı məhsullarının tətbiq sahələri (( ...°C) – fraksiyanın qaynama temperaturu)benzin (40–200°C) |
liqroin (150–250°C) |
kerosin (180–300°C) |
qazoyl (>275°C) |
parafin | vazelin | qudron |
aviasiya və avtomobil yanacağı kimi | dizel yanacağı kimi | aviasiya yanacağı kimi | dizel yanacağı kimi | ali karbon turşuları, karandaş, kibrit və şam istehsalında | təbabətdə | asfalt örtüklərin çəkilməsində |
Neftin ilkin emalı nəticəsində alınan benzinin miqdarı götürülən neftin 20%-ni təşkil edir. Benzinin çıxımını artırmaq məqsədilə neftin ikinci emalı aparılır
İkinci emala, əsasən, mazut, kerosin və qazoyl fraksiyaları uğradılır. Bu zaman termiki və katalitik krekinq proseslərindən geniş istifadə edilir.
• Molekullarında çox sayda karbon atomu olan karbohidrogenlərin termiki parçalanması nəticəsində tərkibində az sayda karbon atomu olan karbohidrogenlərin əmələ gəlməsi prosesi krekinq adlanır.
Krekinqin hər iki növündə (a) C10–C20 tərkibli karbohidrogenlər benzin fraksiyasına uyğun olan C5–C11 tərkibli karbohidrogenlərə parçalanır. Nəticədə benzinin çıxımını artırıb 70–80%-ə çatdırmaq olur.
Katalitik krekinq prosesində həmçinin izomerləşmə reaksiyaları da baş verir (b):
Birinci emaldan fərqli olaraq ikinci emal zamanı karbohidrogenlərin tərkib və quruluşlarının dəyişilməsi, yəni kimyəvi proses baş verir.