– | Sizcə, nə üçün neftin, neftlə birlikdə çıxan qazların və daş kömürün yandırılması onların istifadəsinin heç də ən səmərəli üsulu deyil? |
Karbohidrogenlərin ən mühüm mənbələri neft, təbii qaz, neftlə birlikdə çıxan qazlar və daş kömürdür.
Neft– | Neftin ilkin emalı hansı hadisədir – fiziki, yoxsa kimyəvi? |
– | X, Y, Z və K fraksiyalarından hansı benzin fraksiyasına uyğundur? |
– | Hansı fraksiyanın molekullarında C atomlarının orta sayı daha böyükdür? |
Neft – tünd-qonur rəngə çalan, sudan yüngül (0,73–0,97q/ml) və suda praktik həll olmayan, xarakterik iyli, yanar, özlü mayedir. Neft – qaz, maye və bərk halda olan müxtəlif karbohidrogenlərin qarışığından ibarətdir. Ona görə o, sabit temperaturda deyil, müəyyən temperatur intervalında qaynayır.
Neftin tərkibi. Müxtəlif yataqlardan çıxarılan neftin tərkibində karbohidrogenlərin üç növü – alkanlar, tsikloalkanlar (naftenlər) və aromatik karbohidrogenlər olur.
Sənayedə neftin iki cür emalı – ilkin və ikinci emalı aparılır. Neftin ilkin emalı onun fraksiyalı distilləsindən ibarətdir. Proses rektifikasiya kolonunda aparılır. Rektifikasiya zamanı – benzin, liqroin, kerosin və qazoyl fraksiyaları ayrılır. Qalıqda qara özlü maye – mazut qalır.