• |
Onun tədqiqatları üzvi sintez və nəzəri üzvi kimya sahələrini
əhatə edir. Karbonu IV valentli element kimi
qəbul edirdi. Benzol molekulunun quruluşunu (b–-3)
ilk dəfə təklif etmişdir. |
Benzol neftin və daş kömürün emalı zamanı əmələ gələn məhsullardan alınır
(məsələn, daş kömür qatranından bax: səh.167).
Tətbiqi. Benzol anilin, boyalar, həlledicilər, insektisidlər və s. istehsalında istifadə
olunur.
n ü m u n ə
Qaz halında olan hansı karbohidrogenin 2 litrinin (n.ş.) 9 litr oksigendə tam yanmasından
6 litr (n.ş.) karbon qazı alınar?
Reaksiyada iştirak edən qazların həcmləri nisbəti stexiometrik əmsallar nisbəti kimi
olduğundan reaksiyanın tənliyini bu şəkildə yaza bilərik:
2CхHy + 9О2 → 6CО2 + 6H2О buradan: 2x = 6; x = 3 və 2y = 12; y = 6.
Deməli,
x = 3 və
y = 6 olduqda tənlik bərabərləşir və karbohidrogenin formulu C
3H
6-dır.
Məsələ. 1 litr (n.ş.) tsiklobutanın yanmasına neçə litr oksigen sərf olunar?
Açar sözlər
tsikloalkanlar • arenlər • benzol • aromatik birləşmələr •