• Molekullarında karbon atomları arasında iki ədəd ikiqat rabitə olan atsiklik karbohidrogenlərə dien karbohidrogenləri deyilir: məsələn:
Beynəlxalq nomenklaturaya görə, dien karbohidrogenləri alkadienlər adlanır. Alkadienlərin homoloji sırasının ilk nümayəndəsi propadien H2C=C=CH2, 2-ci nümayəndəsi isə butadien-1,3 CH2=CH–CH=CH2 (divinil) adlanır. Asetilen karbohidrogenləri kimi, alkadienlərin də ümumi formulu CnH2n–2-dir (n ≥ 3), nisbi molekul kütlələri Mr(CnH2n–2) = 14n – 2 ifadəsi ilə hesablanır.
Dien karbohidrogenləri üçün birləşmə və polimerləşmə reaksiyaları xarakterikdir. Butadien-1,3 və onun digər törəmələrinin polimerləşməsi nəticəsində sənaye əhəmiyyətli kauçuklar alınır:
Tətbiqi. Divinil və izopren müvafiq kauçukların alınmasında monomer kimi istifadə olunur. Bu kauçuklardan avtomobillər üçün şin və kameraların, həmçinin digər rezin məmulatların istehsalında geniş istifadə olunur.