Metalların kimyəvi xassələri onların atomlarının öz valent elektronlarını asanlıqla verib, müsbət yüklü ionlara çevrilməsi qabiliyyəti ilə müəyyən olunur: M – ne- → Mn+ . Ona görə də kimyəvi reaksiyalarda metal atomları (M) həmişə reduksiyaedici xassə göstərir.
Gümüş, qızıl və platindən başqa, digər metallar oksigenlə qarşılıqlı təsirdə olur; bu zaman, adətən, oksidlər əmələ gəlir:
Azotla litium otaq temperaturunda, digər metallar isə qızdırıldıqda reaksiyaya daxil olub nitridlər əmələ gətirir:
Qızdırıldıqda I və II qrupun əsas yarımqrup metalları (berilliumdan Be başqa) hidrogenlə hidridlər əmələ gətirir:
Metalların elektrokimyəvi gərginlik sırasında hidrogendən solda yerləşən metallar sudan hidrogeni sıxışdırıb çıxarır:
Qələvi və qələvi-torpaq metalları, həmçinin oksid təbəqəsi təmizlənmiş alüminium, məsələn, alüminium amalqaması su ilə qızdırılmadan qarşılıqlı təsirdə olur.