Kimyəvi xassələri. Asetilen də etilen kimi birləşmə və oksidləşmə reaksiyalarına daxil olur.
I. Birləşmə reaksiyaları. Asetilen hidrogeni, halogenləri, suyu və bəzi digər birləşmələri özünə birləşdirir.
Hidrogenin birləşməsi iki mərhələdə gedir – əvvəlcə etilen, sonra etan alınır:
Halogenlərin birləşməsi çox asan baş verir; məsələn, asetileni sarımtıl-qonur rəngli bromlu sudan keçirdikdə bromun asetilenə birləşməsi nəticəsində məhlul rəngsizləşir. Birləşmə iki mərhələdə gedir:
Asetilenə suyun birləşməsi nəticəsində xoşagəlməz iyli sirkə aldehidi alınır (M.Kuçerov reaksiyası).
Sirkə aldehidinin oksidləşdirilməsindən sirkə turşusu istehsal olunur.
III. Oksidləşmə reaksiyaları. Asetilen də etilen kimi asan oksidləşir. Onu kalium- permanqanatın suda məhlulundan keçirdikdə məhlul rəngsizləşir. Bu reaksiyadan asetileni qaz halında olan alkanlardan fərqləndirmək üçün istifadə edilir.
Asetilen metan və etilendən fərqli olaraq havada hisli alovla yanır. Yanma saf oksigendə baş verdikdə asetilen (çoxlu istilik ayırmaqla) gözqamaşdırıcı ağ alovla yanır:
Asetilenin hava və ya oksigenlə qarışığı partlayış törədə bilər.
Tətbiqi. Asetilendən metalların kəsilməsi və qaynaq edilməsində, sirkə turşusu, etil spirti, sintetik kauçuk, polivinilxlorid qatranları, yapışqanlar, həlledicilər (CHCl2–CHCl2, CHCl2–CH2Cl və s.) istehsalında istifadə edilir.
Asetilenin təyini. Asetilenin doymamış karbohidrogen kimi təyini onun bromlu suyu və ya kalium-permanqanat məhlulunu rəngsizləşdirməsinə əsaslanır.