Üzvi birləşmələrə hidrogenin birləşməsi hidrogenləşmə reaksiyaları adlanır.
2. Etilen özünə halogenləri birləşdirir. Məsələn, etileni sarımtıl-qonur rəngli bromlu sudan keçirdikdə etilen bromu özünə birləşdirir və məhlul rəngsizləşir. Bu reaksiyadan doymamış karbohidrogenlərin təyinində istifadə edilir:
3. Katalizator iştirakında etilen özünə su birləşdirərək etil spirtinə çevrilir:
II. Polimerləşmə reaksiyası – çox sayda kiçik nisbi molekul kütləli eyni molekulların bir-biri ilə birləşərək irimolekullu birləşmə əmələ gətirməsi reaksiyasıdır. Etilenin polimerləşmə reaksiyasının tənliyini qısa şəkildə belə göstərmək olar:
Başlanğıc maddə – monomer, reaksiya məhsulu isə polimer adlanır.
III. Oksidləşmə reaksiyası. Etilen asan oksidləşir. Məsələn, etileni kalium-permanqanat məhlulundan keçirdikdə məhlulun bənövşəyi rəngi itir. Reaksiya nəticəsində ikiatomlu spirt – etilenqlikol alınır. Bu reaksiyadan da doymamış karbohidrogenlərin təyinində istifadə edilir:
Yandırıldıqda etilen aşağıdakı tənlik üzrə havada parlaq alovla yanır:
Tətbiqi. Alkenlərdən polimerlərin (polietilen, polipropilen və s.), həlledicilərin (spirtlər, aseton), antifrizlərin (aşağı temperaturda donmayan soyuducu mayelərin), lavsan lifinin, partlayıcı maddələrin və sintetik kauçukun istehsalında istifadə olunur.