Fəsil
8
40
Fəaliyyət
Metanın alınması və bəzi kimyəvi xassələri
Təchizat: ştativ, qazaparan boru, natrium-asetat, NaOH, həvəngdəstə, KMnO
4 məhlulu,
bromlu su, spirt lampası, 3 sınaq şüşəsi, kibrit,
İşin gedişi: natrium-asetatla natrium-hidroksidi həvəngdəstədə yaxşı-yaxşı qarışdırıb
sınaq şüşəsinə tökün. Sınaq şüşəsini üfüqi vəziyyətdə ştativə bərkidin və ağzına
qazaparan boru taxın. Qarışığı spirt lampası ilə qızdırın və qazaparan borudan çıxan qazı
kibritlə yandırın. Sonra qazaparan borunun ucunu növbə ilə sınaq şüşələrində əvvəlcədən
hazırlanmış və həcmi 2–3 ml olan bromlu su və çox duru kalium-permanqanat məhlulundan
keçirin və müşahidə aparın.
Nəticəni müzakirə edin:
– Metan havada hansı alovla yanır?
– Metanı bromlu su və KMnO
4 məhlulundan keçirdikdə məhlulların rəngi dəyişdimi?
– Sizcə, metan hansı tip reaksiyalara daxil ola bilər?
Karbohidrogenlər – molekulları karbon və hidrogen atomlarından ibarət olan
maddələrdir.
• Molekullarında karbon atomları bir-birilə birqat rabitə ilə birləşmiş atsiklik
karbohidrogenlər doymuş karbohidrogenlər adlanır; məsələn:
Şəkil a, b, c-də metan, etan və butan molekullarının modelləri göstərilmişdir. Şəkildən
görünür ki, metan molekulu, həmçinin doymuş karbohidrogen molekulunda
istənilən karbon atomu tetraedrik quruluşa malikdir.
Metan (a), etan (b) və butan (c) molekullarının mil-kürəcik və kürəcik modelləri