n ü m u n ə
Qısa quruluş formulları (
1, 2, 3) əsasında nə söyləyə bilərsiniz?
– |
Göstərilənlər (1, 2, 3) C5H12 tərkibli karbohidrogenin izomerləridir, çünki hər üçü
eyni tərkibə malikdir. |
– |
Hər bir molekulda 4 ədəd C–C (qeyri-polyar) və 12 ədəd C–H (az polyar) rabitə var. |
– |
Hər bir molekulda σ(C–C) kovalent rabitə ətrafında atom və atom qrupları fırlanır. |
Tapşırıq. |
C–C–C bucağının təxminən 109° olduğunu nəzərə alaraq bu üç molekulun
müstəvi, yoxsa üçölçülü (fəza) quruluşda olduqları haqqında fikir söyləyin
və cavabınızı əsaslandırın. |
Açar sözlər
• üzvi birləşmələrin kimyəvi quruluş nəzəriyyəsi • kimyəvi quruluş •
• izomerlik • funksional qrup • üzvi birləşmələr sinfi •