Bərkliyinə görə ən bərk metal - xrom, ən yumşaq metallar isə qələvi metallardır; məsələn, natrium və kalium metalları bıçaqla kəsilir.
Texnikada metalları, adətən, qara və əlvan metallara bölürlər. Qara metallar dəmir və onun ərintiləri, qalanlar isə əlvan metallardır.
Au, Ag, Pt, Pd və s. qiymətli metallar hesab olunur.
Metalların elektrokimyəvi gərginlik sırasıSu mühitində metalların aktivliyini (reduksiyaedici xassələrini) müqayisə etmək üçün metalların elektrokimyəvi gərginlik sırasından istifadə olunur.
Göstərilən sırada metalların suda aktivliyi soldan sağa doğru azalır, onların kationlarının oksidləşdiricilik xassəsi isə artır.
Elektrokimyəvi gərginlik sırasından aşağıdakı nəticələr alınır:
1. Sırada metal nə qədər solda yerləşirsə, o, kimyəvi cəhətdən daha aktivdir, asanlıqla oksidləşir və qüvvətli reduksiyaedici xassə göstərir.
2. Sırada metal nə qədər sağda yerləşirsə, o, kimyəvi cəhətdən daha az aktivdir, çətin oksidləşir.
3. Sırada hidrogendən solda yerləşən metallar duru turşulardan (nitrat turşusundan başqa) hidrogeni sıxışdırıb çıxarır; hidrogendən sağda duran metallar (Cu, Hg, Ag, Au) isə duru turşulardan hidrogeni çıxara bilmir:
4. Qələvi və qələvi-torpaq metallarından başqa, sırada hər bir metal özündən sağda duran metalları onların duzlarının suda məhlullarından sıxışdırıb çıxarır; məsələn:
Əks istiqamətdə isə bu reaksiya getmir.