Cədvəl 39.1-dəki formullarda göstərilən –Cl, –OH, –CHO, –COOH, –NH2 atom və atom qrupları funksional qrup adlanır.
Funksional qrup – üzvi birləşmələrin xarakterik kimyəvi xassələrini və onların müəyyən sinfə mənsub olduğunu əks etdirən atom və ya atomlar qrupudur (cədv. 39.1).
Funksional qrup | Sinfin ümumi formulu | Misal |
Hal = F, Cl, Br, I halogenlər |
R* – Hal halogenli törəmələr |
CH3–Cl xlormetan |
–OH hidroksil qrupu |
R–OH spirtlər |
CH3–OH metanol |
|
CH3–CHO аsetaldehid |
|
CH3–COOH sirkə turşusu |
||
–NH2, –COOH | H2N–R–COOH aminturşular |
H2N–CH2–COOH аminsirkə turşusu |
• Tərkibində müəyyən funksional qrupun olması nəticəsində xarakterik kimyəvi xassələrə malik maddələr məcmusuna sinif deyilir.
Cədvəl 39.1-də əsas funksional qruplar və onlara müvafiq olan üzvi birləşmələrin sinifləri də verilmişdir.