– | Nə üçün etil spirti və dimetil efiri adlanan üzvi birləşmələr eyni C2H6O molekulyar formuluna malik olmalarına baxmayaraq müxtəlif xassəlidir? |
XIX əsrin ortalarında rus alimi A.M.Butlerov üzvi birləşmələrin kimyəvi quruluş nəzəriyyəsini irəli sürdü. Bu nəzəriyyənin bəzi müddəaları ilə tanış olaq.
1. Üzvi maddələrin molekullarında atomlar bir-biri ilə öz valentliklərinə müvafiq olaraq müəyyən ardıcıllıqla birləşmişdir.
• Molekulda atomların birləşməsi ardıcıllığına maddənin kimyəvi quruluşu deyilir.• | Üzvi birləşmələrin kimyəvi quruluş nəzəriyyəsinin yaradıcısı. Bir çox üzvi birləşmələrin izomerliyini tədqiq etmiş, eləcə də bir sıra üzvi maddələrin sintezini həyata keçirmişdir. |
Məsələn, metan CH4, propan C3H8 və butan C4H10 molekullarının kimyəvi quruluşları aşağıdakı kimi göstərilir: