• | Çox sayda üzvi maddələri (metan, asetilen, benzol, etil spirti, qarışqa turşusu, yağlar və s.) sintez etmişdir. Asetilenə hidrogeni birləşdirməklə etilen, sonuncudan isə etan almışdır. |
• | Üzvi və qeyri-üzvi kimya sahələrində tədqiqatlar aparmışdır. Sianid (HCN) turşusunu kəşf etmiş, alüminium, berillium və ittriumu (Y) almışdır. |
• | Karbonun IV valentli olduğunu qeyd etmiş (F.Kekule ilə birlikdə), bir sıra üzvi turşuları sintez etmiş, elektrokimyəvi yolla karbon turşularının duzlarının oksidləşməsi ilə karbohidrogenlərin alınmasını göstərmişdir. |
Üzvi birləşmələr qeyri-üzvi birləşmələrdən fərqli olaraq bir sıra xüsusiyyətlərə malikdir. Onlardan bəziləri aşağıda verilmişdir:
1. Üzvi maddələrin əksəriyyəti yanır; məsələn, metanın, neftin, benzinin, şamın, oduncağın və s.-nin yanması sizə yaxşı məlumdur.
2. Üzvi maddələrin əksəriyyəti qeyri-polyar və zəif polyar kovalent rabitəli molekulyar quruluşlu maddələrdir.
3. Üzvi maddələrdə karbon atomları bir-biri ilə birləşərək xətti (a, b), şaxələnmiş (c) və qapalı (d) zəncir əmələ gətirir: