(a) |
Üzvi maddələr və onlardan təşkil olunmuş məhsullar, materiallar və məmulatlar. |
• Üzvi birləşmələrin tərkibini, quruluşunu, xassələrini və alınması üsullarını kimyanın üzvi kimya bölməsi öyrənir.
Üzvi birləşmələr karbon elementinin birləşmələri olduğu üçün üzvi kimyaya belə də tərif vermək olar: üzvi kimya – karbon elementinin birləşmələrini öyrənir.
Mənşəyinə görə üzvi maddələri şərti olaraq təbii, süni və sintetik üzvi maddələrə ayırmaq olar.
• | Təbii üzvi maddələrə
bitki və kərə
yağı, neft, təbii qaz,
təbii kauçuk və s.
aiddir. Onlar həmçinin yun, ət, yumurta, pendir, oduncaq, meyvə-tərəvəzlərin və s.-nin tərkibinə daxildir. |
• | Süni üzvi maddələr təbii
üzvi maddələrin kimyəvi
emalı ilə alınır; məsələn,
asetat və viskoz ipəkləri,
yanmayan kino və fotoplyonkalar,
tüstüsüz barıt
və s. sellülozanın
çevrilmələri nəticəsində
alınan süni üzvi maddələrdir. |
• | Sintetik üzvi maddələr isə sintetik yolla – sadə molekulların bir-biri ilə birləşərək daha mürəkkəb quruluşlu molekulları əmələ gətirməsi ilə alınır; məsələn, rezin, yuyucu vasitələr, dərman preparatları, sintetik kauçuk və liflər, plastik kütlələr sintetik üzvi maddələrdir. |
Üzvi maddələrin tərkibinə karbon atomları ilə yanaşı, əksər hallarda hidrogen və oksigen atomları daxil olur. Bu maddələrin tərkibinə həmçinin azot, fosfor, kükürd, halogen, metal və digər elementlər də daxil ola bilir.
Ən sadə tərkibli üzvi birləşmələr karbohidrogenlərdir – karbon və hidrogendən ibarət birləşmələr; məsələn: metan CH4, propan C3H8, butan C4H10 və s.
Karbon, hidrogen və oksigendən ibarət üzvi birləşmələrə etil spirti C2H5OH, aseton (CH3)2CO, sirkə turşusu CH3COOH, qlükoza C6H12O6 və s. aiddir.
Aminturşular və zulallar isə, əsasən, C, H, O və N elementlərindən ibarət üzvi birləşmələrdir.