Məsələ. |
956 kq pəncərə şüşəsini almaq üçün soda, əhəngdaşı və kvars qumunun hər
birindən neçə kiloqram götürmək lazımdır? Mr(СаСO3) = 100, Mr(Na2СO3) = 106, Mr(SiO2) = 60. |
Sement. Mühüm inşaat materialı olan silikat sementi və ya portlandsement yaşılqonur rəngli tozdur. O fırlanan xüsusi sobalarda əhəngdaşı və gildən Al2O3·2SiO2·2H2O ibarət qarışığı 1400–1600°C-də yandırmaqla alınır. Alınmış kütlə klinker adlanır. O üyüdülüb toz halına salınaraq sement hazırlanır. Sementin tərkibi, əsasən, kalsiumun silikat və alüminatlarından ibarətdir. Onlar əhəngdaşı və ağ gilin parçalanma məhsullarının bir-biri ilə qarşılıqlı təsirindən əmələ gəlir:
Sementdən beton, dəmir-beton alınmasında istifadə olunur.
Keramika. Keramika məmulatları gilin az miqdarda su ilə qarışdırılmasından alınan plastik kütlədən hazırlanır. Bu məqsədlə plastik kütləyə istənilən forma verilib qurudulur və yüksək temperaturda yandırılmaqla ona möhkəmlik verilir. Ağ gildən saxsı və çini məmulatlar hazırlanır (c və d).