– | Silisiumun hansı təbii birləşməsi əsasında hələ Daş dövründə insanlar əmək alətləri düzəldirdilər? |
– | Təcrübələr əsasında şüşəyə kimyəvi təsirsiz maddə demək olarmı? |
– | Nə üçün əlinizdə tutduğunuz şüşə borunun ucunu tam qızarana qədər qızdıra bildiniz, mismarla isə bunu edə bilmədiniz? |
– | Qızarmış şüşə borunu suya saldıqda nə baş verdi? Bu hadisə nə ilə əlaqədardır? |
– | Şüşələrin bütün növləri suya salındıqda özlərini belə aparacaqmı? |
– | Şüşə borunun yumşalıb əriməsi şüşə məmulatların hazırlanmasında istifadə olunurmu? |
Yer qabığı kütləsinin 90%-ni silisium-dioksid və müxtəlif silikatlar təşkil edir. Təbii silikatlar mürəkkəb quruluş və tərkibə malikdir. Onların tərkibi çox vaxt oksidlər şəklində göstərilir; məsələn:
Tərkibində Al2O3 olan silikatlar alümosilikatlar adlanır. Məsələn, çölşpatı, kaolinit – alümosilikatlardır. Dağ süxurları əsas etibarilə kvars, çölşpatı və digər alümosilikatlardan ibarətdir.
Təbii silisium-dioksid, silikatlar və gil silikat sənayesi üçün əsas xammaldır.