Fiziki xassələri. Silisium-dioksid rəngsiz, suda həll olmayan, çətinəriyən bərk maddədir. Ərinmiş kvars bərkidikdə kvars şüşəsi adlanan amorf kütlə əmələ gəlir.
Quruluşu. Silisium-dioksid xassəcə CO2-dən kəskin fərqlənir, məsələn, əgər SiO2 1728°C-də əriyirsə, bərk CO2 (“quru buz”) –55,6°C-də sublimasiyaya uğrayır. Bunun səbəbi onların quruluşlarının fərqli olması ilə əlaqədardır: əgər CO2 bərk halda molekulyar kristal qəfəsə malikdirsə, silisium-dioksid qeyri-molekulyar atom kristal qəfəslidir (a).
Beləliklə, silisium-dioksidin tərkibini (SiO2)n kimi göstərmək daha düzgündür. Lakin adətən, sadəlik üçün SiO2 formulundan istifadə edilir.
Kimyəvi xassələri. Silisium-dioksid turşu oksididir. O həm turşu oksidlərinin
I. Turşu oksidi kimi onu qələvilərlə, əsasi oksidlərlə əritdikdə metasilikat turşusunun duzları – silikatlar (metasilikatlar) əmələ gəlir:
II. Xüsusi xassələri. 1. Əksər turşu oksidlərindən fərqli olaraq silisium-dioksid su ilə reaksiyaya girmir.
2. Silisium-dioksid flüorid turşusu ilə reaksiyaya girir. Bu reaksiyadan şüşə üzərində müxtəlif naxışların açılmasında istifadə olunur (şüşənin aşılanması adlanır):
Bu səbəbdən flüorid turşusu şüşə yox, plastik qabda saxlanılır.
3. Silisium-dioksid uçucu oksid olmadığı üçün yüksək temperaturda bir çox turşu oksidlərini duzlardan çıxarır: