Fiziki xassələri. Silisium iki allotrop şəkildəyişməyə malikdir – kristal və amorf silisium. Kristal Si metal parıltılı, çətinəriyən, çox bərk, tünd-qonur rəngli maddədir. Quruluşu almazın quruluşu ilə oxşardır. Lakin Si–Si arasındakı σ-rabitə C–C rabitəsindən zəifdir. Kristal Si – yarımkeçiricidir, o, cüzi elektrik keçiriciliyinə malikdir. Onun əsasında hazırlanmış fotoelementlər udulan günəş enerjisinin 10%-ə qədərini elektrik enerjisinə çevirir (a).
Kimyəvi xassələri. Silisium karbon kimi qeyrimetaldır. Amorf silisium adi şəraitdə bəsit maddələrdən yalnız flüorla, qızdırıldıqda isə halogenlər də daxil olmaqla digər qeyri-metallarla reaksiyaya girir:
Karborund və ya silisium-karbid (SiC) kristal qəfəsinin quruluşuna və bərkliyinə görə almaza oxşayır. Ondan yonucu və cilalayıcı alətlər hazırlanır.
Qızdırıldıqda silisium bir çox fəal metallarla (Mg, Ca, və s.) birləşərək silisidlər əmələ gətirir. Silisidlərə xlorid turşusu ilə təsir etdikdə silan (SiH4) alınır. Silan – rəngsiz, pis iyli, zəhərli qazdır, havada öz-özünə alışıb-yanır. Onu hidrogenin silisiumla bilavasitə qarşılıqlı təsirindən almaq olmur:
Tətbiqi. Silisium metallurgiyada yüksək istiliyə və turşulara davamlı silisiumlu poladların alınmasında, çox təmiz silisium isə işıq enerjisini elektrik enerjisinə çevirən günəş batareyalarının hazırlanmasında istifadə olunur.