– | Günəş batareyalarında hansı elementdən istifadə edilir? |
– | Bu qurğuların funksiyası nədən ibarətdir? |
1. | Меtаn (CH4) havada adi şəraitdə alışmır, silan (SiH4) isə öz-özünə alovlanır. |
2. | С–С rabitəsi ən bərk təbii maddədə - almazda və on milyonlarla üzvi birləşmədə mövcuddur. Si-Si rabitəsinə isə belə hallar xarakterik deyil. |
– | Metan CH4 və silan SiH4 molekullarının davamlılığı və C–H, Si–H rabitələrinin müqayisəli möhkəmliyi haqqında nə söyləyə bilərsiniz? |
– | C–C və Si–Si rabitələrindən hansı daha möhkəmdir? Cavabınızı 2-də verilənlərlə əsaslandırın. |
– | C–C və Si–Si rabitələrinin möhkəmliyini bu atomların radiusları ilə necə əlaqələndirərdiniz? |
Kəşfi. Silisium 1822-ci ildə silisium-flüoridin (SiF4) kaliumla reduksiyasından alınmışdır. Silisium adı latınca “sileks” – “kremnem” sözündən əmələ gəlmişdir.
Birləşmələrində Si +4 və –4, nadir halda +2 (SiO) oksidləşmə dərəcəsi göstərir.
Dövri sistemdə mövqeyi və atomunun quruluşu. Silisium 3-cü dövr, IV qrupun əsas yarımqrup elementidir. Onun atomu 1s22s22p63s23p2 elektron formuluna malikdir.
Təbiətdə yayılması. Yer qabığında yayılmasına görə silisium oksigendən sonra 2-ci yeri tutur (27%). Silisium yalnız birləşmələr şəklində rast gəlinir. Onlardan ən əhəmiyyətliləri bunlardır: kvars qumu SiO2, ağ gil (kaolinit) Al2O3·2SiO2·2H2O, çölşpatı (ortoklaz) K2O·Al2O3·6SiO2 və s. (bax: səh.139).
Alınması. Laboratoriyada silisium SiO2-nin (ağ qumun) maqneziumla, sənayedə isə kömürlə reduksiyasından alınır: