Məsələn, əhəngdaşı
parçalanır, yanacaqlar yandırılır, bitki və heyvan orqanizmləri tənəffüs edir, məhv olduqdan sonra parçalanır (
a). Aşağıdakı şəkildə karbon dövranını təşkil edən
proseslər göstərilmişdir.
(a) Təbiətdə karbon dövranı
Bu çevrilmələrin əksəriyyətində atmosferə çoxlu miqdarda CO2 daxil olur. Digər
tərəfdən bitkilərdə gedən fotosintez reaksiyası zamanı atmosferdən CO2 qazı udulur,
oksigen qazı isə atmosferə verilir. Nəticədə atmosferdə CO2 qazının miqdarı, demək
olar ki, dəyişmir (≈0,03–0,035% ).
Açar sözlər
• karbonatlar • hidrokarbonatlar • susuz soda • çay sodası •
kristallik soda •
1. Səhv ifadəni müəyyən edin. Karbonat turşusu:
A) normal və turş duzlar əmələ gətirir
C) zəif turşudur
E) lakmusun rəngini dəyişmir
B) H2O + CO2 ⇄ sxemi üzrə əmələ gəlir
D) Na2SiO3 ilə reaksiyaya daxil olur
2. Karbonat turşusunun duzlarına aid hansı ifadə səhvdir?
A) CaCO3 bir çox mineralın tərkibinə daxildir
C) Na2CO3·10H2O kristallik soda adlanır
E) K2CO3 potaş adlanır
B) soda və çay sodası sənayedə alınır
D) NaHCO3 susuz soda adlanır
3. Sxemləri dəftərinizdə tamamlayın və normal duzun alındığı tənlikləri qeyd edin.
1. 2H2CO3 + Ca →
4. H2CO3 + 2KOH →
2. 2H2CO3 + CaO →
5. MgCO3 + H2O + CO2 →
3. H2CO3 + NaOH →
4. Susuz sodanın alınması mümkün olan reaksiyaların tənliklərini tərtib edin.