Qızdırıldıqda karbonatlar (Na2CO3 və K2CO3-dən başqa) ərimədən parçalanır:
Metalların hidrokarbonatları qızdırıldıqda karbonatlara çevrilir. Hidrokarbonatları karbonatlara həmçinin qələvilərin təsiri ilə də çevirmək olur:
Əksinə, karbonatları hidrokarbonatlara çevirmək üçün onların məhlullarından CO2 buraxılır:
İkinci tənlik üzrə təbiətdə (uzun müddət ərzində) suyun karbonatlı codluğu yaranır.
II. Karbonatların xüsusi xassələri.
1. Karbonatlara və hidrokarbonatlara qüvvətli turşularla təsir etdikdə karbondioksidin şiddətli ayrılması nəticəsində xarakterik “qaynama” müşahidə edilir:
Bu reaksiyalardan karbonat və hidrokarbonatların təyin edilməsində və turşuların neytrallaşdırılmasında istifadə edilir.
2. Qələvi metalların suda həllolan karbonatları hidrolizə uğrayır və onların məhlulları qələvi reaksiya göstərir:
Karbonat turşusunun ən mühüm, praktik əhəmiyyətli duzları aşağıdakılardır:
1. Natrium-karbonat və ya susuz sodadan şüşə, sabun istehsalında, suyun yumşaldılmasında, məişətdə yuyucu maddə kimi və s. istifadə olunur.
2. Natrium-hidrokarbonat və ya çay sodasından qənnadı sənayesində, alovsöndürən qurğularda, süni mineral suların hazırlanmasında istifadə olunur.
3. Kalium-karbonat və ya potaşdan maye sabunun, optik və çətinəriyən şüşələrin istehsalında istifadə olunur.
4. Kalsium-karbonatdan mərmər və əhəngdaşı şəklində tikinti işlərində istifadə olunur. Əhəngdaşından CaO və karbon-dioksid alınır.
5. Dolomitdən (CaCO3·MgCO3) çuqun və polad istehsalında istifadə olunur.
Karbonat ionunun (CO3)2– təyini karbonatlara turşuların (HCl, sirkə turşusu və s.) təsirindən xarakterik “qaynama” hadisəsinin müşahidə edilməsinə əsaslanır:
Yer qabığında karbon karbonatlar, daş kömür, neft, təbii qaz, bitki və heyvan orqanizmlərinin tərkibinə daxildir. Havada isə karbon CO2 şəklində mövcuddur. Təbiətdə karbonun bu birləşmələri daimi çevrilmələrə uğrayır.