Alınması. Karbonat turşusunu almaq üçün karbon-dioksid suda həll edilir:
Fiziki xassələri. Karbonat turşusu yalnız məhlulda mövcuddur. O, çox davamsız olduğundan dərhal parçalanır. Suda məhlulu rəngsiz, zəif turş dadlıdır.
Kimyəvi xassələri. Karbonat turşusu turşuların ümumi xassələrinə malikdir. O, aktiv metallar, əsasi oksidlər və əsaslarla qarşılıqlı təsirdə olub normal və turş duzlar əmələ gətirir:
Karbonat turşusunun xüsusi xassələri onun çox davamsız və çox zəif turşu olması ilə əlaqədardır. Suda məhlulda cüzi dissosiasiya edir. Bu səbəbdən də lakmus kağızı karbonat turşusunda qırmızı rəngə deyil, çəhrayı rəngə boyanır. Karbonat turşusu metasilikat turşusunu onun duzlarından çıxardır.
Karbonat turşusunun duzları. Karbonat turşusu ikiəsaslı turşu olduğundan 2 sıra duz əmələ gətirir – karbonatlar və hidrokarbonatlar.
Alınması. Kalsium-karbonat təbiətdə rast gəlinir.
Sənayedə karbonatlardan, əsasən, susuz soda Na2CO3, kristallik soda Na2CO3·10H2O və çay sodası NaHCO3 istehsal olunur. Onları, əsasən, aşağıdakı ardıcıllıqla alırlar.
NH3 və CO2 qaz qarışığını soyuq NaCl məhluluna buraxdıqda soyuq suda pis həllolan natrium-hidrokarbonatın çöküntüsü əmələ gəlir. Sonuncunu közərtdikdə susuz soda əmələ gəlir:
Susuz soda suda həll edilib məhlulun suyu buxarlandırıldıqda kristallik soda ayrılır:
Soda məhlulunu karbon-dioksidlə doydurduqda çay sodası alınır:
Fiziki xassələri. Karbonatlar bərk kristal maddələrdir. Natrium-, kalium-, ammonium-karbonatlarından başqa, digər karbonatlar suda həll olmur. Hidrokarbonatlar karbonatlara nisbətən suda yaxşı həll olur. Lakin natrium-hidrokarbonat NaHCO3 natrium-karbonata Na2CO3 nisbətən suda az həll olur.
Kimyəvi xassələri. Karbonatlar duzların ümumi xassələrinə, həm də xüsusi xassələrə malikdir.
I. Başqa duzlar kimi onlar turşularla, həllolan karbonatlar isə duzlarla və qələvilərlə qarşılıqlı təsirdə olur.