Fəaliyyət
Karbonatların turşularla qarşılıqlı təsiri
Təchizat: təbaşir tozu, xlorid turşusu, əhəng suyu, soda məhlulu, qazaparan boru, 2 sınaq
şüşəsi, spirt lampası, çöp, kibrit.
İşin gedişi:
sınaq şüşəsində 0,5 q təbaşir tozunun üzərinə 2–3 ml xlorid turşusu əlavə edin və
müşahidə apararaq boru vasitəsilə ayrılan qazı 2–3 dəqiqə ərzində əhəng suyundan
keçirin və sonda borunu əhəng suyundan çıxarın. 2–3 dəqiqədən sonra karbon qazını
yenidən əvvəlki əhəng suyundan keçirin və müşahidə aparın. |
soda məhlulu olan sınaq şüşəsinə 3–4 damcı xlorid turşusu əlavə edin və müşahidə
aparın |
Nəticəni müzakirə edin:
– |
Turşunun təsirindən təbaşir tozu ilə soda məhlulunda baş verən hadisələrin ümumi
cəhəti nədən ibarətdir? |
– |
Sizcə, digər karbonatlar da xlorid turşusunun təsirindən özlərini soda kimi aparacaq? |
– |
Necə isbat edərdiniz ki, hər iki sınaq şüşəsindən ayrılan qaz karbon qazıdır? |
– |
Karbon qazını əhəng suyundan uzun müddət keçirdikdə məhlulda nə baş verdi? Bunu
necə izah edərdiniz? |