Maye karbon-dioksidin buxarlanması çoxlu miqdarda istiliyin udulması ilə müşayiət olunur; bu zaman onun qalan hissəsi (–56,2°C-yə qədər soyuyaraq) qarabənzər kütləyə – "quru buza" çevrilir. Quru buz adi şəraitdə sürətlə sublimasiya edib ətraf mühiti soyudur. Bu xassəsinə görə ondan tez xarab olan yeyinti məhsullarının saxlanmasında istifadə olunur.
Kimyəvi xassələri. Karbon-dioksid turşu oksididir. O həm turşu oksidlərinin ümumi xassələrinə, həm də xüsusi xassələrə malikdir.
I. Turşu oksidi kimi o, suda həll olaraq davamsız, zəif karbonat turşusunu əmələ gətirir. Tarazlıq, əsasən, sola yönəlmişdir:
Başqa turşu oksidləri kimi o, əsasi oksid və qələvilərlə qarşılıqlı təsirdə olur. Reaksiya nəticəsində karbonatlar və hidrokarbonatlar əmələ gəlir.
II. Karbon-dioksidin xüsusi xassələrinə aşağıdakılar aiddir:
1. Karbon-dioksidi əhəng suyundan keçirdikdə kalsium-karbonatın alınması nəticəsində məhlulda bulantı müşahidə edilir (t. a).
Bu reaksiya karbon-dioksidin təyin edilməsində istifadə olunur.
2. Karbon-dioksid ammonyakla qiymətli azot gübrəsi – karbamid əmələ gətirir:
3. Karbon-dioksid fotosintez prosesində iştirak edir.
Tətbiqi. Karbon-dioksid sodanın, yuyucu vasitələrin, dərmanların istehsalında, qazlı suların hazırlanmasında, karbamidin, “quru buzun” alınmasında, alovsöndürən qurğularda istifadə edilir.
Təyini. Karbon-dioksid əhəng suyunu bulandırmasına əsasən təyin edilir (t. a).