Karbon-monooksidlə nəfəs aldıqda o, qanın hemoqlobini ilə birləşib orqanizmin oksigenlə təmin olunmasını kəskin çətinləşdirir və bu, insanın ölümü ilə nəticələnə bilər. CO aktivləşdirilmiş kömürlə udulmur.
Kimyəvi xassələri. Karbon-monooksid duzəmələgətirməyən oksiddir. Reaksiyalarda CO güclü reduksiyaedici xassə göstərir; məsələn, yandırıldıqda havada mavi alovla yanır, bəzi metalları onların oksidlərindən reduksiya edir:
Duzəmələgətirməyən oksid olmasına baxmayaraq yüksək təzyiq altında karbonmonooksid əridilmiş natrium-hidroksidlə qarşılıqlı təsirdə olur:
Tətbiqi. Karbon-monooksid metalları birləşmələrindən reduksiya etmək üçün, süni qaz yanacaqlarının tərkib hissəsi kimi və üzvi sintezdə, məsələn, metanolun (CH3OH) alınmasında tətbiq edilir.
Karbon-dioksid CO2 (karbon(IV) oksid, karbon qazı).Quruluşu. Karbon-dioksid aşağıdakı elektron və quruluş formuluna malikdir:
Karbon atomu sp-hibridləşmə halındadır. Dörd (iki σ- və iki π-) kovalent rabitənin hamısının polyar olmasına baxmayaraq, molekul xətti quruluşa malik olduğundan qeyri-polyardır.
Təbiətdə yayılması. Karbon-dioksid havada (0,03%) və təbii mineral suların (Badamlı, Borjomi, Narzan, İstisu, Sirab) tərkibində olur. Venera planetinin atmosferi 95% karbon-dioksiddən ibarətdir. Yerdə o, üzvi maddələrin yanması, çürüməsi, qıcqırması, heyvan və bitkilərin tənəffüsü prosesində yaranır və fotosintez prosesində iştirak edir.
Alınması. Laboratoriyada karbon-dioksid xlorid turşusunun mərmərə, təbaşirə təsirindən alınır:
Fiziki xassələri. Karbon-dioksid rəngsiz, iysiz, havadan 1,5 dəfə ağır qazdır. Tənəffüs və yanmaya kömək etmir. Karbon qazının çox toplandığı yerlərdə insan və heyvanlar boğulur. 20°C-də 1l suda 880 ml CO2 həll olur. Qazlı su – karbondioksidin suda məhluludur. 20°C-də, 5-6 MPa təzyiqdə karbon-dioksid mayeləşir.