Bilik qutusu • Karbin (
a – 3) qara rəngli narın kristal tozdur. O, iki formada –
poliin
və
polikumulen kimi mövcuddur. Hər iki formada C atomu sp-hibridləşmə halındadır:
Füllerenlər – C
60, C
70, C
84 və s. molekullardan ibarət maddələrdir (
a – 4). Onlar süni
yolla alınmışdır.
Karbonun allotropik şəkildəyişmələrinin hamısı dadsız, iysiz, çətinəriyən, adi
həlledicilərdə həll olmayan bərk maddələrdir.
Kimyəvi xassələri. Adi temperaturda karbon çox təsirsizdir, qızdırıldıqda isə aktivləşir.
Reaksiyalarda karbon, əsasən, reduksiyaedici xassə göstərir. Xlor, brom və
yodla qarşılıqlı təsirdə olmur:
Oksidləşdirici kimi karbon bəzi metallar və hidrogenlə qarşılıqlı təsirdə olur. Karbonun
metallarla birləşmələri karbidlər adlanır.
Karbidlər həmçinin bəzi metal oksidlərinin karbonla qarşılıqlı təsirindən alınır:
Bilik qutusu •
Ağac kömürünün adsorbsiyası.
Ağac kömürünün
məsaməli quruluşu
Ağac kömürünün xarakterik xassəsi onun
adsorbsiya və
desorbsiya
qabiliyyətidir. Bu xassə kömürün məsaməli quruluşu ilə əlaqədardır:
belə ki, 1q kömür 800 m
2 səthə malikdir.
Bərk maddələrin səthi tərəfindən qazların və həllolmuş maddələrin
udulmasına adsorbsiya, udulmuş maddələrin ayrılmasına
isə desorbsiya deyilir. Udulmuş maddənin desorbsiyası,
adətən, kömürü qızdırdıqda baş verir.
Kömürün adsorbsiya xassəsini artırmaq üçün o aktivləşdirilir.
Aktivləşdirilmiş kömür şəkər şirəsinin, bitki yağlarının
və piylərin, etanolun təmizlənməsində, təbabətdə
"karbolen" həbləri kimi orqanizmdən zərərli maddələrin
çıxarılmasında, əleyhqazlarda zəhərləyici maddələrin
udulması üçün və bəzi reaksiyalarda katalizator
kimi istifadə edilir.