Səhv ifadəni müəyyən edin. Azot qazı ... A) suda pis həll olur
B) maye halda çox aşağı temperaturda qaynayır
C) hidrogendən 14 dəfə ağırdır
D) bərk halda molekulyar quruluşa malikdir
E) havadan bir qədər ağırdır (n.ş.)
Göstərilən şəraitdə mümkün olan reaksiyaların sxemlərini dəftərinizə köçürün və
tamamlayın.
Sxemləri dəftərinizə köçürün və tamamlayın. Ammonyakın əsasi xassələrini əks
etdirən tənlikləri qeyd edin.
Ammonyak və nitrat turşusu haqqında deyilən ifadələrdən hansı səhvdir? A) azot birində reduksiyaedici, digərində oksidləşdiricidir
B) 20°C-də müxtəlif aqreqat halındadır
C) biri digərinin metallarla reduksiyasından əmələ gəlir
D) sənayedə birinin alınmasında digəri istifadə olunur
E) hər ikisi adi şəraitdə davamsızdır
Səhv ifadəni müəyyən edin. Ammonium kationunda ...
A) donor-akseptor mexanizmi üzrə yaranmış kovalent rabitə var
B) azot atomu sp3-hibridləşmə halındadır
C) azotun oksidləşmə dərəcəsi –3-dür
D) azotun valentliyi IV-dür
E) rabitələrin əmələ gəlməsində azot 5 valent elektronundan 4-nü istifadə edir
Parçalanma reaksiyalarının sxemlərini dəftərinizə köçürün və tamamlayın.
Doğru ifadələri müəyyən edin. 1. Na2HPO4 + H3PO4 → sxemi üzrə reaksiya baş verir
2. Na3PO4 + H3PO4 → sxemi üzrə reaksiya baş verir
3. 1 mol P2O5 1 mol su ilə HPO3 turşusunu əmələ gətirir
4. H4P2O7 – pirofosfat turşusudur
5. HPO3 – metafosfat turşusudur
Duzların formullarının müqayisəsi ilə hansı duzun kaliumla daha zəngin olduğunu
müəyyən edin. Ar(K) = 39, Ar(Cl) = 35,5, Ar(Na) = 23, Ar(S) = 32, Ar(O) =16, Ar(H) =1.
А) KCl·NaCl B) KCl C) K2SO4 D) MgCl2·KCl·6H2O Е) MgSO4·KCl·3H2O
16 q ammonium-nitritin tam parçalanmasından neçə litr (n.ş.) azot qazı alınar?