Ərintilərin tərkibinə bəzi metal və qeyri-metalları əlavə etdikdə faydalı xassəli
ərintilər alınır (belə proses legirlənmə adlanır). Məsələn, xrom Cr – ərintiyə
bərklik
və korroziyaya davamlılıq, silisium Si – turşuların təsirinə qarşı davamlılıq, volfram
W – bərklik və istiyə qarşı möhkəmlik, titan Ti isə istiyə və
korroziyaya davamlılıq,
həmçinin mexaniki möhkəmlik verir.
Aşağıda tunc (1, 2), bürünc (3, 4, 5) və melxiordan (6) hazırlanmış məmulatlar
göstərilmişdir.
Bilik qutusu • Ərintilərin alınması, tərkib və xassələrinin tədqiqi
sahəsində Azərbaycan
kimyaçıları –
Əlihüseyn Quliyev, Paşa Rüstəmov və onların elmi məktəbləri mühüm
tədqiqatlar aparmış və hazırda da bu elmi istiqamət inkişaf etdirilir.
Kimya və ətraf mühit. Metallurgiya şlaklarının tərkibində, adətən, kalsium, maqnezium,
dəmir, manqan, mis, nikel, kobalt, qurğuşun, kadmium və digər metallar olur. Şlaklardan
bu metalların ayrılması onların əhəngdaşının iştirakı ilə əridilmiş şlakdan karbonla reduksiyasına
əsaslanır.
Metallurgiya müəssisələrinin tullantı sularının zərərli metal kationlarından təmizlənməsi
suda olan kationların sulfidlər (PbS, HgS, CuS və s.) şəklində çökdürülməsinə əsaslanır:
M2+ + S2– → MS↓
Bu maraqlıdır
Beş ən çox istifadə edilən metalın tətbiqinin azalması sırası: dəmir,
alüminium,
mis, sink, manqan.
Açar sözlər
filiz • pirometallurgiya • hidrometallurgiya • elektrometallurgiya •
• elektroliz • metal ərintiləri •
1. Hansı metallara təbiətdə sərbəst halda rast gəlinir?
A) Ca, Al, Fe B) Cu, Fe, Al C) Au, Pt, Ag D) Au,
Ag, Zn E) Cu, Fe, Cr