4. Presipitat CaHPO4·2H2O. Adətən, ortofosfat turşusu ilə sönmüş əhəng və ya əhəngdaşının qarşılıqlı təsirindən alınır:
5. Sümük unu, əsasən, kalsium-fosfatdan ibarət olub ev heyvanlarının sümüklərini üyütməklə alınır.
Fosfor qida elementi həmçinin ammofosların və nitrofoskanın tərkibində var.
6. Ammofos NH4H2PO4 və diammofos (NH4)2HPO4 – tərkibində 2 qida elementi – azot N və fosfor P elementləri olan kompleks gübrələrdir:
7. Nitroammofoska (nitrofoska) tərkibində N, P, K qida elementləri olan qarışıq gübrədir:
Beləliklə, fosforlu gübrələrin istehsalında xammal olaraq, əsasən, fosforitdən Ca3(PO4)2 istifadə olunur.
Kaliumlu gübrələrKaliumlu gübrələr azotlu və fosforlu gübrələr kimi bitkilərin normal inkişafı üçün vacibdir. Kalium fotosintez prosesini sürətləndirir və karbohidratların toplanmasına kömək edir. Ona görə kalium duzlarının təxminən 90%-i kaliumlu gübrələr kimi istifadə olunur. Mühüm kaliumlu gübrələr aşağıdakılardır:
1. Üyüdülmüş təbii duzlar – əsasən silvin KCl, silvinit NaCl·KCl, kainit KCl· MgSO4·3H2O və karnalit KCl· MgCl2·6H2O mineralları.
2. Ağac və torf külü (tərkibində kalium duzu – K2CO3 vardır).
Gübrədə P2O5 və ya K2O-nun kütlə payının hesablanması şərti xarakter daşıyır, çünki gübrələrin tərkibində həmin formullara uyğun birləşmələr yoxdur. Hər iki oksidin müvafiq gübrədə kütlə payının hesablanması aşağıdakı qaydaya əsaslanır:
gübrə və oksid “molekullarında” qida elementinin atomları sayının eyni olması şərti ilə oksidin nisbi molekul kütləsi gübrənin nisbi molekul kütləsinə bölünür.(1) | Presipitatda (CaHPO4·2H2O) P2O5-in kütlə payını hesablayın. Mr(P2O5) = 142, Mr(CaHPO4·2H2O) = 172, |