– | Sizcə, 1-ci şəkildə əks olunmuş kələmin inkişafdan geri qalmasının səbəbi nə ola bilər? |
– | 2-ci şəkildə əks olunmuş taxıllarda nə kimi fərq var və bunun səbəbi nədir? |
– | Yeni dərilmiş bananların (ş. 3 və 4) bir-birindən fərqi nədədir? Səbəbi nə ola bilər? |
Fosfat turşusunun kalsium və ammonium duzlarından kənd təsərrüfatında fosforlu gübrə kimi istifadə olunur; onlar meyvələrin inkişafına kömək edir.
Bitkilər fosforu suda həllolan [H2PO4]– və [HPO4]2– ionları şəklində mənimsəyir.
sadə gübrə |
kompleks gübrə |
makro- gübrə |
mikro- gübrə |
suda həll olur |
suda həll olmur |
Ən geniş yayılmış fosforlu gübrələrə aşağıdakılar aiddir.
1. Fosforit unu. Bu gübrəni fosforiti narın hala qədər əzməklə alırlar. Fosforit ununun tərkibini təşkil edən Ca3(PO4)2 suda pis həll olur. Turşuların təsirindən suda həllolan birləşmələrə çevrildiyindən bu gübrə turş torpaqlara və ya hidroliz nəticəsində turş mühit yaradan gübrələrlə, məsələn, NH4NO3 ilə birlikdə verilir.
2. Sadə superfosfat [Ca(H2PO4)2 + 2CaSO4]. Sadə superfosfat fosforitin (və ya apatitin) sulfat turşusu ilə qarşılıqlı təsirindən alınır. Bu gübrə suda qismən həll olur, o, torpağa həm dənəvər, həm də toz şəklində verilir.
3. İkiqat superfosfat Ca(H2PO4)2. Sadə superfosfatdan fərqli olaraq ikiqat superfosfatın tərkibində gübrə kimi yararlı olmayan CaSO4 birləşməsi (ballast) olmur. İkiqat superfosfat suda həll olur və aşağıdakı reaksiyalar üzrə alınır: