Torpaqda gübrələr bitkilərin mənimsənilən formasına çevrilir, məsələn,
CO(NH2)2 + 2H2O → (NH4)2CO3
Kənd təsərrüfatında üzvi azotlu gübrələrdən də (peyin, quş zılı və s.) istifadə olunur.
Hər bir gübrə onun qidalılıq dəyəri ilə xarakterizə olunur.
Azotlu gübrələrin
qidalılıq dəyəri gübrənin tərkibindəki azotun kütlə payı (%) ilə
müəyyən edilir. Fosforlu gübrələrin qidalılıq dəyəri, yəni gübrədə fosforun miqdarı
difosfor-pentaoksidə (P2O5) görə hesablanır. Kaliumlu gübrələrin qidalılıq
dəyəri isə
kalium-oksidə (K2O) görə hesablanır.
n ü m u n ə
Karbamiddə azotun kütlə payını (%) hesablayın. Mr[CO(NH2)2] = 60.
Həlli:
Məsələ. |
Ammonium-nitratda azotun kütlə payını (%) hesablayın və karbamiddəki ilə
müqayisə edin. Hansı gübrə azotla daha zəngindir? Mr(NH4NO3) = 80. |
Bu maraqlıdır
Hər il 1 hektardan yığılmış qarğıdalı məhsulu torpaqdan birləşmə şəklində
80 kq azotun çıxarılmasına səbəb olur. Ona görə də dövri olaraq üzvi və
mineral gübrələrin verilməsi ilə torpaqda azot ehtiyatı bərpa olunmalıdır.
Açar sözlər
• qida elementləri • mineral gübrələr • sadə, mürəkkəb və qarışıq
gübrələr • gübrələrin qidalılıq dəyəri •
1. Kompleks (mürəkkəb) gübrələri müəyyən edin.
1. NH
4NO
3 2. NaNO
3 3. KNO
3 4. Ca(H
2PO
4)
2 5. NH
4H
2PO
4
2. Sadə gübrələri göstərin.
1. NaNO
3 2. KNO
3 3. (NH
4)
2HPO
4 4. CO(NH
2)
2
3. Hansı reaksiyalar üzrə sənayedə ammonium şorası və ammonium-sulfat alınır?
4. 2,3 ton ammonium-dihidroortofosfat almaq üçün neçə m3 (n.ş.) ammonyak sərf olunar?
M
r(NH
4H
2PO
4) = 115.