Tərkibində yalnız bir qida elementi olan gübrələr sadə gübrələr adlanır; məsələn: KCl, NaNO3, Ca(H2PO4)2, NH4NO3 və s.
Tərkibində iki və daha çox qida elementi olan gübrələr kompleks gübrələr adlanır; məsələn: kalium-nitrat (kalium şorası) KNO3.
Kompleks gübrələr mürəkkəb və qarışıq gübrələrə ayrılır. Mürəkkəb gübrələrdən kalium şorasını (KNO3), diammofosu [(NH4)2HPO4] və s.-ni göstərmək olar. Qarışıq gübrələr müxtəlif gübrələrin mexaniki qarışığından ibarətdir. Bunlardan ammofoskanı [(NH4)2HPO4 + NH4H2PO4 + KCl], nitroammofoskanı (nitrofoska) [(NH4)2HPO4 + NH4NO3 + KCl] göstərmək olar.
Cədvəl 30.1. Mineral gübrələrin təsnifatı
Mineral gübrələr | ||||
Sadə gübrələr | Kompleks gübrələr | |||
azotlu | fosforlu | kaliumlu | mürəkkəb | qarışıq |
NH4NO3 | Ca(H2PO4)2 | KCl | KNO3 | [(NH4)2HPO4+NH4H2PO4+KCl] |
Qeyd etmək lazımdır ki, aqreqat halına görə gübrələr bərk (şoralar, fosfat duzları) və maye (maye ammonyak, ammonyaklı su) halda olur.
Bitkilərin qidalanmasında azot xüsüsi rol oynayır. O, xlorofil və zülalların tərkibinə daxildir. Bitkidə azotun azlığı yaşıl kütlənin əmələ gəlməsini çətinləşdirir, bitkilər pis inkişaf edir, yarpaqları saralır.
Bitkilər azotu, əsasən, ammonium NH4+ və nitrat NO3– ionları şəklində mənimsəyir.
• Tərkibində azot qida elementi olan gübrələrə azotlu gübrələr deyilir.
Sadə azotlu gübrələrə misal olaraq ammonium-nitratı NH4NO3, natrium-nitratı NaNO3, kalsium şorasını (Ca(NO3)2, ammonium-sulfatı (NH4)2SO4, maye ammonyakı, ammonyaklı suyu, sidik cövhərini CO(NH2)2 göstərmək olar.
Tərkibində azot qida elementi olan kompleks gübrələrə misal olaraq ammoniumdihidroortofosfatı (ammofos) NH4H2PO4, ammonium-hidroortofosfatı (diammofos) (NH4)2HPO4, kalium şorasını KNO3 və s. göstərmək olar.
Azotlu gübrələrin istehsalı üçün ammonyakdan, nitrat turşusu və onun duzlarından, bəzən isə azot-dioksiddən istifadə olunur: