Ortofosfat turşusunun duzları. Üçəsaslı turşu kimi ortofosfat turşusu onunla qarşılıqlı təsirdə olan əsasın miqdarından asılı olaraq üç tip fosfatlar – ortofosfatlar, hidroortofosfatlar və dihidroortofosfatlar əmələ gətirir:
Ammonium və qələvi metalların, demək olar ki, bütün fosfatları suda həll olur. Kalsiumun ortofosfat turşusu ilə əmələ gətirdiyi duzlardan yalnız kalsium-dihidroortofosfat [Ca(H2PO4)2] yaxşı həll olur.
Ortofosfat turşusu və onun duzlarının tətbiqi. Ortofosfat turşusundan ortofosfatların və müxtəlif üzvi maddələrin alınmasında, yeyinti sənayesində siropların hazırlanmasında, metalların səthində qoruyucu örtüyün yaradılmasında istifadə olunur.
Ortofosfat turşusunun duzları suyun codluğunu azaltmaq üçün (Na3PO4), təbabətdə dərman maddələrinin hazırlanmasında, odadavamlı hopdurucuların [(NH4)2HPO4] alınmasında və xüsusən gübrə kimi kənd təsərrüfatında tətbiq edilir.
Ortofosfat ionunun (PO4)3– təyini. Ortofosfat ionunun məhlulda təyini onun Ag+ ionu ilə suda həll olmayan, lakin nitrat turşusunun duru məhlulunda həll olan, sarı çöküntü əmələ gətirməsinə əsaslanır (a):