28
Fəaliyyət
Ortofosfat turşusunun kimyəvi xassələri
Təchizat: 5 sınaq şüşəsi, Ca metalı, təbaşir tozu, mis(II) hidroksid, gümüş(I) nitrat, ortofosfat
turşusu məhlulu, natrium-ortofosfat məhlulu.
İşin gedişi: birində Ca metalı, ikincisində təbaşir tozu, üçüncüsündə mis(II) hidroksid,
dördüncüsündə gümüş(I) nitrat olan 4 sınaq şüşəsinin hər birinə 2–3 ml ortofosfat turşusu
əlavə edin və müşahidə aparın. 5-ci sınaq şüşəsində gümüş(I) nitratın üzərinə natriumortofosfat
məhlulu əlavə edib müşahidə aparın.
Nəticəni müzakirə edin:
– Baş verən hər bir reaksiyanın xarici əlamətlərini sadalayın.
– Ortofosfat turşusu turşuların ümumi xassələrinə malikdirmi? Cavabınızı əsaslandırın.
– Nə üçün AgNO
3-ün üzərinə ortofosfat turşusu əlavə etdikdə çöküntü yaranmır, natriumortofosfat
əlavə etdikdə isə çöküntü alınır?
Fosforun oksidlərindən P2O5 daha böyük əhəmiyyət kəsb edir.
Bilik qutusu • Difosfor-pentaoksidin tərkibi, adətən, P
2O
5 formulu ilə ifadə edilir.
Əslində onun tərkibi daha mürəkkəbdir və P
4O
10 formuluna uyğun gəlir.
Difosfor-pentaoksid
Difosfor-pentaoksid (fosfor(V) oksid) fosforun oksigenin artıq miqdarında yandırılmasından əmələ gəlir:
Difosfor-pentaoksid – ağ, həddən artıq hiqroskopik, kristal maddədir. Adətən, toz
halında olur və kip bağlanmış qablarda saxlanılır.
Difosfor-pentaoksid turşu oksididir. Su ilə reaksiyaya girdikdə şəraitdən asılı
olaraq fosforun müxtəlif turşularını əmələ gətirir: