Tətbiqi. Fosforun üzvi birləşmələri əsasında insektisidlər (xlorofos, dixlofos, tiofos, fosfamid) hazırlanır. Ağ fosfordan yandırıcı mərmilərin, əl qumbaralarının hazırlanmasında, həmçinin hərbi tüstü pərdələrinin yaradılmasında istifadə olunur.
Sənayedə qırmızı fosfor əlvan metalların ərintilərinin alınmasında və kibrit istehsalında tətbiq olunur. Kibrit qutusunun yan səthinə qırmızı fosfor, narın əzilmiş şüşə və yapışqandan ibarət olan qarışıq çəkilir. Kibrit çöpünün ucuna çəkilən qarışığın tərkibi isə oksidləşdirici (bertole duzu KClO3), kükürd və yapışqandan ibarət olur. Kibritin yanması zamanı aşağıdakı çevrilmə baş verir:
Qara fosfor yarımkeçirici kimi istifadə olunur.