(a) | Ağ (1), qırmızı (2) və qara (3) fosfor və onların quruluşları. |
Kimyəvi xassələri. Fosfor qeyri-metaldır. Yuxarıda qeyd olunduğu kimi, ağ fosforla reaksiyalar daha şiddətli baş verir. Qeyri-metallardan fosfor oksigen, flüor və xlorla daha asan qarşılıqlı təsirdə olur. Məsələn, ağ fosfor 40–50°C-də, toz halında isə hətta otaq temperaturunda havada alovlanır. Artıq miqdarda götürülmüş oksigen, xlor və kükürdlə reaksiyası zamanı fosfor özünün beşvalentli, onları az miqdarda götürdükdə isə üçvalentli birləşmələrini əmlə gətirir. Fosfor hidrogenlə reaksiyaya daxil olmur. Digər qeyri-metallarla, həmçinin aktiv metallarla fosfor qızdırıldıqda reaksiyaya daxil olur:
Fosforun metallarla birləşmələri - fosfidlər su və turşunun təsirindən parçalanaraq havada alovlanan fosfin PH3 qazını əmələ gətirir: