– | Nə üçün fosfora təbiətdə azot kimi sərbəst halda rast gəlinmir? |
Kəşfi. Fosfor 1669-cu ildə əlkimyaçı X.Brand tərəfindən kəşf olunmuşdur. Yunanca “fosforos” – “işıqsaçan” deməkdir.
Birləşmələrində fosfor +3, +5 və –3 oksidləşmə dərəcəsi göstərir.
Dövri sistemdə mövqeyi və atomunun quruluşu. Fosfor 3-cü dövr, V qrupun əsas yarımqrup elementidir. Onun atomu 1s22s22p63s23p3 elektron formuluna malikdir.
Fosfor azotdan fərqli olaraq birləşmələrində beşvalentli olur.
Təbiətdə yayılması. Fosfora fəal qeyri-metal olduğundan təbiətdə yalnız birləşmələr şəklində rast gəlinir. Onun mühüm təbii birləşmələrindən fosforiti Ca3(PO4)2 və apatitləri 3Ca3(PO4)2·CaX2 (X = F, Cl, OH) göstərmək olar. Yetkin insan orqanizmində ≈1,5 kq fosfor olur. Fosfor, əsasən, beyin hüceyrələrində, həmçinin sinir və sümük toxumalarında olur.
Alınması. Fosfor apatitdən və ya fosforitdən alınır. Fosforit Ca3(PO4)2 koks və qumla qarışdırılaraq elektrik sobalarında 1500°C-də közərdilir:
Fosfor digər üsullarla da alınır.
Fiziki xassələri. Fosforun bir neçə allotrop şəkildəyişməsi mövcuddur, məsələn: ağ, qırmızı və qara fosfor (a).
Ağ fosfor sarımsaq iyi verən, sarıyaçalan ağ rəngli, 44°C-də əriyən kristal maddədir. Nisbətən yumşaqdır; bıçaqla kəsmək mümkündür. Suda həll olmur, lakin karbon-disulfiddə (CS2) yaxşı həll olur. Ağ fosfor qırmızı fosforun buxarını kondens- ləşdirməklə alınır (b).
Ağ fosfor molekulyar kristal quruluşa malikdir. Onun molekulu dördatomludur: P4 (a). Molekulda 6 qeyri-polyar P–P kovalent rabitə mövcuddur. Ağ fosforun reaksiya qabiliyyəti qırmızı və qara fosfora, həmçinin azota nisbətən daha yüksəkdir.