A) KOH + HNO3 →
B) Na2CO3 + HNO3 →
C) Na2SO4 + HNO3 →
D) Na2CO3 + NO2 →
E) KOH + NO2 →
Reaksiya məhsulu səhv göstərilmiş tənliyi müəyyən edin.
Nitratların təyinində hansı maddələrdən istifadə olunur?
A) H2SO4(duru), Cu
B) H2SO4(qatı), Cu
C) HNO3, Cu
D) H2SO4(qatı), Al
E) KOH, Cu
Mümkün olan reaksiyaların sxemlərini dəftərinizdə tamamlayın.
a. Na2SO4 + HNO3 →
b. Na2CO3 + NO2 →
c. KOH + NO2 →
Nə üçün şimşəkli leysanlar zamanı torpaq azot birləşmələri ilə zənginləşir?
Litium-nitratın parçalanmasından alınan qaz qarışığında oksigenin həcm payını hesablayın.
Neçə valentli metalların nitratlarının parçalanmasından alınan qaz qarışığında oksigenin
həcm payı 20%-dir? Cavabınızı konkret tənliklə təsdiqləyin. Litium-nitrat nəzərə alınmır.
34 q natrium-nitratın tam parçalanmasından 3,36 l (n.ş.) oksigen alındığını nəzərə alaraq
ilkin duzda neçə faiz kənar qarışıq olduğunu hesablayın. Mr(NaNO3) = 85.
Qızdırıldıqda ammonyakın 20%-nin parçalandığını nəzərə alaraq alınmış qaz qarışığında
NH3:N2:H2 qazlarının həcmləri nisbətini müəyyən edin.