Üzvi birləşmələr şəklində azot istənilən bitki və heyvan orqanizminin tərkibinə daxildir. Digər tərəfdən o, sərbəst halda atmosferdə (həcmcə 78%) mövcuddur. Tədqiqatlar göstərir ki, atmosferdəki sərbəst azotun (N2) və birləşmələrdəki azotun daimi kimyəvi çevrilmələrə məruz qalmasına baxmayaraq, torpaqda olan birləşmələrdəki azotun və atmosferdə sərbəst azotun miqdarı nəzərəçarpacaq dərəcədə dəyişmir. Bu onunla əlaqədardır ki, təbiətdə əks istiqamətdə baş verən proseslər (bax: sxem və şək. a) birləşmələrdəki azotla sərbəst azotun miqdarını tənzimləyir.
Yuxarıdakı sxemlərdə göstərilən proseslər nəticəsində təbiətdə azot elementinin dövranı baş verir.