– | Onlardan qara barıtın, partlayıcı maddələrin və gübrələrin alınmasında istifadə olunur. Söhbət hansı maddələrdən gedir? |
– | Nitratların parçalanması nəticəsində hansı eyni maddə əmələ gəlir? |
– | Reaksiya məhsullarını və metalın gərginlik sırasında mövqeyini nəzərə alaraq nitratların parçalanma xüsusiyyətləri haqqında nə deyə bilərsiniz? |
– | c reaksiyasının şəraitini və Ag2O-nun t > 280°C temperaturda parçalanmasını nəzərə alaraq b və c reaksiyaların məhsullarının fərqli keyfiyyət tərkibini necə izah edərdiniz? |
Natrium, kalium, ammonium və kalsiumun nitratları şora adlanır.
Alınması. Nitratları, əsasən, aşağıdakı üsullarla alırlar:
1. Metalların, əsasi oksidlərin, əsasların, ammonyakın və bəzi duzların nitrat turşusu ilə qarşılıqlı təsirindən (bax: səh.100).
2. Azot-dioksidin qələvilərlə qarşılıqlı təsirindən.
3. Sənayedə şoralar, əsasən, nitrat turşusunun və azot-dioksidin qələvi və qələvitorpaq metallarının karbonatlarına təsirindən alınır (bax: səh.116). Ammoniumnitrat isə nitrat turşusunun ammonyakla qarşılıqlı təsirindən alınır (bax: səh. 94).
Xassələri. Nitratların hamısı suda yaxşı həll olur və tam dissosiasiya edir. Ammonium-nitrat istisna olmaqla onlar qızdırıldıqda oksigen ayrılmaqla parçalanır.
Parçalanma məhsullarının tərkibi duzu əmələ gətirən metalın (M) elektrokimyəvi gərginlik sırasındakı yerindən asılıdır:
Ammonium-nitrat və litium-nitrat aşağıdakı kimi parçalanır:
Qızdırılmaqla baş verən parçalanma termoliz adlanır. Kalium-nitratın pirotexnikada və qara barıtın (KNO3+C+S) alınmasında tətbiqi nitratların parçalanmasına əsaslanır.
Təyini (bax: səh.101).
Tətbiqi. Ağır metalların nitratları, əsasən, metal oksidlərinin alınmasında, şoralar isə azot gübrələri kimi kənd təsərrüfatında tətbiq olunur. Ammonium-nitratdan hazırlanan partlayıcı qarışıqlar – ammonallar dağ-mədən işlərində istifadə edilir.