Hansı sxemdə qatı nitrat turşusu götürülmüşdür? M' və M'' işarələri hansı metalları göstərə bilər?
Ag + HNO3 → reaksiyasında baş verən oksidləşmə və reduksiya proseslərinin elektron
tənliklərini
tərtib edin, oksidləşdirici və reduksiyaedicini, həmçinin oksidləşmə və reduksiya prosesləri müəyyən
edin. Kimyəvi reaksiyanın tənliyini yazın.
Nə üçün qatı nitrat turşusu, qatı sulfat turşusu kimi, polad və alüminium çənlərdə daşınır?
Metalların nitrat turşusu ilə reaksiyalarının xüsusiyyətlərini və aşağıdakı reaksiyalarda ayrılan
azot oksidlərinin tərkibini nəzərə alaraq M', M'' və M''' metallarını onların kimyəvi fəallığının
artması sırası üzrə yerləşdirin
Qatı nitrat turşusunun güclü oksidləşdirici xassələri nə ilə əlaqədardır? Nə üçün metallar nitrat turşusundan hidrogeni sıxışdırıb çıxarmır?
Nitrat turşusunun sənayedə alınması prosesinin sxemində hansı mərhələ katalitik, hansı mərhələ isə dönər reaksiyadır?
Nitrat turşusunun tətbiq sahələrini sadalayın.
3,2 q mis qatı nitrat turşusu ilə reaksiyaya daxil olduqda neçə litr (n.ş.) qaz alınar? Ar(Cu)=64.
6,3 ton nitrat turşusu almaq üçün neçə m3 (n.ş.) ammonyak tələb olunar? Mr(HNO3) = 63.