Sənayedə metalların alınmasında, əsasən, 3 üsuldan - pirometallurgiya, hidrometallurgiya və elektrometallurgiya üsullarından istifadə edilir.
1. Pirometallurgiya üsulunda filizin tərkibindəki metal yüksək temperaturda (700-2000°C) həyata keçirilən bir sıra proseslərin sonunda (C, CO, H2, aktiv metallar vasitəsilə) reduksiya olunaraq metal şəklində alınır (tənlik (t.): 1, 2 və 3b). Məsələn, metalların sulfid və karbonatları əvvəlcə oksidlərə çevrilir (t. 3a).
Karbondan o halda istifadə edilir ki, metal karbonla karbid əmələ gətirmir və ya əmələ gələn karbid reaksiya temperaturunda parçalanır. Məsələn, sink, mis, kad- mium, qalay, qurğuşun və s. metallar oksidlərindən bu qayda ilə reduksiya olunur.
Metal karbonla davamlı karbid əmələ gətirdikdə, onun oksidi hidrogenlə və ya aktiv metalla reduksiya olunur. Reduksiya aktiv metalla (Al, Mg, Na) və ya hidrogenlə aparıldıqda proses müvafiq olaraq metallotermiya və hidrogenotermiya adlanır; məsələn:
Bu üsulla manqan, xrom, volfram, molibden, dəmir və s. metallar alınır.
Dünyada dəmir, polad və qurğuşunun 100%-i, misin təxminən 95%-i, sinkin isə 60%-i pirometallurgiya üsulu ilə istehsal olunur.
2. Hidrometallurgiya üsulunda metalın birləşməsi məhlula keçirilir və həmin məhluldan metal özündən daha aktiv metalla və ya elektrik cərəyanı ilə reduksiya olunur. Bu yolla qızıl, gümüş, mis, sink, volfram (W) və s. metallar alınır:
Filizin tərkibində metalın miqdarı az olduqda (0,5%-dən az) hidrometallurgiya üsulundan istifadə edilməsi məqsədəuyğundur.
3. Elektrometallurgiya üsulunda metal onun birləşməsinin ərintisindən elektrolizlə alınır. Adətən, bu yolla aktiv metallar (Na, K, Ca, Al və s.) alınır; məsələn: