Düşün və cavab ver
3.
Hansı mənəvi dəyər hekayənin əsas ideyasını təşkil edir?
4.
Hansı hallarda cümlənin sonunda üç nöqtə qoyulur? Mətnin sonuncu abzasında “Böyüyəndə isə” sözlərindən
sonra qoyulmuş üç nöqtəni necə izah edərdiniz? Siz nöqtələrin yerinə nə yazardınız?
Araşdırma
5.
Azərbaycan Milli Ordusunda mövcud olan hərbi rütbələr və onların nişanları ilə bağlı araşdırma aparın və bu mövzuda məruzə hazırlayın.
Dil qaydaları
6.
Mətndə altından xətt çəkilmiş sözləri kök və şəkilçiyə ayırın. Bu sözlərin kökü və başlanğıc forması
hansı nitq hissələrinə aiddir?
Yadda saxla!
|
DÜZƏLTMƏ SÖZLƏR
|
Düzəltmə sözün kökü ilə başlanğıc forması müxtəlif nitq hissələrinə aid ola bilər. Lakin
onların arasında həmişə məna yaxınlığı olur; məsələn: əla - əlaçı, dünən -
dünənki.
|
7. Sözləri cədvəl üzrə qruplaşdırın.
əlcək, yoldaş, məktəblər, yoxuş, çıxış, yağıntı, çiçəklər, döşək,
əsgər, misgər, süpürgə, çəyirtkənin, toxucu, gəmidə, quldarlar
Sadə sözlər |
Düzəltmə sözlər |
|
|
8*. Dördündən biri quruluşuna görə
fərqlidir:
1) kömək
1) vətəndaş
1) baxış
|
2) dirək
2) sirdaş
2) çıxış
|
3) bələk
3) beşdaş
3) yağış
|
4) dilək
4) əməkdaş
4) barış
|
9.
Verilmiş cümlələrdən düzəltmə sözləri seçib yazın.
1.
Anam döşəməyə çox gözəl xalça salmışdı.
2.
Gəmiçilər göyərtəyə qalxdılar.
3.
Çəməndə qoyun sürüləri otlayırdı.
4.
Döyüşçülərimiz qəhrəmanlıqla vuruşurdular.