Bir yay axşamı şəhər bağında skamyada oturub kitab oxuyurdum. Hava qaralanda birdən qulağıma ağlamaq səsi gəldi. Yaxınlıqda, kolların arasında balaca daş ev ağarırdı. Evin yanında yeddi-səkkiz yaşlı bir oğlan başını aşağı dikərək bərkdən, acı-acı ağlayırdı.
Oğlandan niyə ağladığını soruşdum. Cavab vermədi. Mən ona dedim:
Uşaq içini çəkə-çəkə danışmağa başladı. O, skamyada oturubmuş. Tanımadığı böyük oğlanlar ona yanaşıb “dava-dava” oynamağı təklif ediblər. Uşaq razılaşıb. Oynamağa başlayıblar. Onun çavuş olduğunu deyiblər, özünü marşal adlandıran oğlan uşağı bu evin qarşısına gətirib, qarovulçu qoyub. Deyib ki, bura silah anbarıdır, onu əvəz edənə kimi burada dayansın. Postu buraxıb getməsin. Uşaq da söz verib. O vaxtdan da burada durub. Oğlanlar isə gəlib çıxmırlar.
Uşaq sözünü qurtarıb susdu. Məni gülmək tutsa da, özümü saxlayıb ciddi səslə dedim: